Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatı başlayır
2021-06-23 12:00
İyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan məktəblərə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır. Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan təhsil ocaqlarına direktor vəzifəsinə işə qəbul müsabiqə yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.
Vüsalə camal