Şabranda qadının ehtiyatsızlığı ona həyatı bahasına başa gəlib

2019-11-08 18:06

Şabranda 36 yaşlı Rəşadət Əliyeva öz evində yıxılıb və bıçaq yanağına batıb. Kəsici alət eyni zamanda 36 yaşlı qadının beyin hissəsinə də nüfuz edib. Qadın ağır vəziyyətdə Bakıdakı xəstəxanalardan birinə gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova