Şabranda evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb

2019-01-11 / 16:13

Şabranda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kəndindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Hüseyn Binəliyev saxlanılıb. Onun yanvarın 3-də 1 həyətyanı sahədən məişət əşyaları və ərzaq məhsulu oğurladığı da müəyyən edilib.

Fərid Mehdiyev