Şabran sakinlərindən narkotik və psixotrop maddələr götürülüb
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən rayon sakinləri Səxavət Həsənov və Şakir Şahbazov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və metadon, eləcə də narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Fərid Mehdiyev