Şabran sakinlərindən külli miqdarda narkotik götürülüb
Şabranda narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Cəlaləddin Məcidov və Elməddin Əmiraslanov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evdən külli miqdarda heroin, metamfetamin və elektron tərəzi aşkar olunub.