Şəmkirdə yerli əhəmiyyətli yol yenilənir
2020-04-28 12:05
Şəmkir rayonunun Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolu yenidən qurulur. 17 kilometr uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenilənir. Ötən il əsaslı şəkildə yenidən qurulan 20 kilometrlik Şəmkir–Zəyəm–Düyərli avtomobil yolunun 18-ci kilometrindən ayrılan yerli əhəmiyyətli Zəyəm Cırdaxan-Tatarlı yolunun tikintisi ilə 22 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.
Vəfa Şairova