Şəmkirdə yanğın olub, istixananın gözətçisi ölüb
2020-02-12 14:03
Şəmkirin Qədimqala kəndində, Asim Sadıqova məxsus istixana ərazisində ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 50 m² olan qazanxananın dam örtüyü 10 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı gözətçi otağında Samux sakini 35 yaşlı Rəşad Məmmədovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Ruhəngiz Hacızadə