Şəmkirdə yalan məlumat yayan şəxslər saxlanılıblar
2020-07-16 14:05
İyulun 12-dən etibarən düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə Şəmkir rayon ərazisində yürüş keçiriləciyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb. Araşdırmalarla məlum olub ki, rayon sakinləri İdris Həsənov və Hidayət Hidayətli müntəzəm olaraq sosial şəbəkələrdə vətəndaşlara həqiqətə uyğun olmayan çağırışlar edib. Həmin şəxslər saxlanılaraq məhkəmənin qərarı ilə İdris Həsənov 20, Hidayət Hidayətli isə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Fərid Mehdiyev