Şəmkirdə yük avtomobili yanıb
2020-12-29 10:09
Şəmkir rayonu ərazisində yük avtomobilinin yanar hissələri və banına yığılan dərman preparatları yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Vüsalə Camal