Şəmkirdə və Göygöldə qəza olub
Şəmkirdə hərəkətdə olan traktor ilə "VAZ 21099" markalı minik avtomobilinin toqquşması zamanı Samux rayon sakinləri 1963, 1971, 1969-cu il təvəllüdlü Seyidzairlər və daha bir nəfər xəsarət alıb. Göygöldə isə "Niva" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Ə. İsmayılov, 2005 təvəllüdlü A. Rüstəmov və 1984 təvəllüdlü K. Nəcəfov xəsarət alıb.Faktlarla bağlı araşdırma aparılır.
08 aprel 2026

