Canlı
Şəmkirdə toydan çıxıb evə gedən 36 yaşlı kişini qatar vurub

2018-09-13 / 16:32

Şəmkir rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb. Hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Keçili kəndi ərazisindən keçən hissəsində baş verib. Toy şənliyindən çıxaraq dəmir yolu xətti ilə piyada hərəkət edən rayonun Çaparlı kənd sakini, Qalib Balayev qatarın fitini gec eşitdiyinə görə lokomotiv onu vuraraq kənara atıb. Ağır bədən xəsarəti alan Qalib Balayev hadisə yerində keçinib.

Vəfa Şairova