Şəmkirdə su xəttində qəza olub, ətrafı su basıb
Şəmkirin Yeniabad kəndində Şəmkir nasos stansiyası ərazisində hidrotəzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub. Nəticədə su stansiyanın həyətinə dolub. Əraziyə FHN əməkdaşları cəlb edilib. Stansiyaya dolan suyun çəkilməsi istiqamətində tədbirlər görülür.
07 may 2026

