Şəmkirdə su polisi monitorinqlərə başlayıb
2021-04-07 14:05
Balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovuna aprelin 1-dən sentyabrın 1-nə kimi moratorium qüvvəyə minməsi ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları monitorinq tədbirlərinə start veriblər. İdarənin Şəmkir Xətt polis məntəqəsinin əməkdaşları qanunsuz balıq torlarının yığışdırılması məqsədilə su hövzəsində reyd keçiriblər. 400 metrdən çox qanunsuz balıq torları aşkarlanaraq sahilə çıxarılıb, torlardakı diri balıqlar yenidən suya buraxılıb.
Nərgiz camal