Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
2021-02-16 10:09
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Xəyal Aslanov saxlanılıb. Üzərindən “heroin” aşkar edilən saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun müxtəlif vaxtlarda rayon ərazisində 4 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları oğurlaması müəyyən edilib.
Nərgiz camal