Şəmkirdə polis və sərnişini qəzada həyatlarını itiriblər
2021-06-04 10:05
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İsmət Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb. Qəza zamanı 24 yaşlı sürücü və sərnişini 25 yaşlı Ayazxan İbadullayev hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Vüsalə camal