Şəmkirdə polis 100-ə yaxın aztəminatlı ailəni sevindirib
2020-04-27 12:03
Şəmkir Rayon Polis Şöbəsi tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə yardım göstərib. Polis əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan ümumilikdə 100-ə yaxın ailəyə baş çəkib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Polis əməkdaşları pandemiyanın yaratdığı çətin günlərdə və Ramazan ayında sakinlərə karantin qaydalarına uyğun davranmağı tövsiyyə ediblər.
Vəfa Şairova