Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

2019-08-10 15:51

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Yeni Həyat kəndi ərazisində rayon sakini, 34 yaşlı Rövşən Məmmədov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən, 65 yaşlı Hüseyn İsaq oğlu Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fərid Mehdiyev