Şəmkirdə piyadanı maşın vurub
2020-03-09 10:05
Şəmkirin Düyərli kəndində 31 yaşlı Rəşad Mirzəyevi yolu keçmək istəyən zaman avtomobil vurub. Piyada dərhal xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev