Şəmkirdə Park-Abidə Kompleksi ilə şəhidin xatirəsi əbədiləşdirilib
2021-05-30 18:12
Şəmkirin Çaparlı kəndində Vətən müharibəsində şəhidi Elbrus Hüseynovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Park-Abidə Kompleksi istifadəyə verilib. Tədbirdə ölkə prezidentinin Sərəncamları ilə təltif olunan şəhid Hafiz Abdürrəhmanov və Vüsal Məmmədovun medalları ailə üzvlərinə təqdim olunub. Məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Nərgiz camal