Şəmkirdə oğurluqda şübhəli bilinən bacı qardaş saxlanılıb
2021-12-27 14:05
Kəlbəcər sakini, əvvəllər məhkum olunmuş Sənani Misirov ögey bacısı Gülnar Həşimzadə ilə birlikdə Gəncədə yerləşən Mərkəzi Univermaqdan onlayn yolla qızıl-zinət əşyalarını Şəmkirdə yaşadıqları kirayə mənzilə çatdırılmasını sifariş verib. Orada satıcını bıçaqla hədələyən ondan qızılış və 200 manat dəyərində mobil telefonu quldurluq yolu ilə mənimsəyərək vətəndaşa ümumilikdə 15.064 manat maddi ziyan vurub. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları şəxsləri saxlayıblar.
Nərgiz camal