Şəmkirdə minik və yük avtomobili toqquşub, xəsarət alanlar var
Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində minik və yük avtomobili toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.