Canlı
Şəmkirdə minik maşını piyadanı vurdu

Bakı-Qazax magistralında yol qəzası baş verib. Yolun Şəmkir rayonu Düyərli kəndindən keçən hissəsində “VAZ-2106” yolu keçmək istəyən Düyərli kənd sakini Ramazan Quliyevi vurub. Ağır bədən xəsarətləri və kəllə-beyin travması alan piyada Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan Gəncədəki xəstəxanalardan birinə göndərilib. Fakt araşdırılır.

Vəfa Şairova