Şəmkirdə mağazada 42 yaşlı kişi bıçaqlanıb
Şəmkir şəhərinin 5-ci küçəsində fəaliyyət göstərən paltar mağazalarının birində 42 yaşlı kişi bıçaqlanıb. 1980-ci il təvəllüdlü R.Zeynalov mübahisə zəminində iki bıçaq yarası alıb. O, xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı edilib. Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir.