Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb
Şəmkirin Kür qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına tam orta məktəbdə aparılan monitorinq zamanı ciddi hüquqi və inzibati nöqsanlar aşkarlanıb.Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, yoxlama nəticəsində təlim-tərbiyə prosesinin təşkili, əmək və icra intizamı ilə bağlı qaydaların pozulduğu müəyyənləşib.Aşkarlanmış nöqsanlara görə məktəbin direktoru Ruhiyyə Rəfiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
02 oktyabr 2026

