Şəmkirdə iki nəfəri qatar vurub
2021-04-12 10:13
Şəmkirdə iki nəfəri qatar vurub. Hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza nəticəsində Sabir kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Ələkbər qızı Məmmədova və Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Aysel Nizami qızı Həsənova xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Fərid Mehdiyev