Canlı
Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

Bu gün səhər saatlarında Şəmkirin Zəyəm-Cırdaxan kəndində fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı evdə yaşayan 46 yaşlı Məhbubə İsgəndərova və onun oğlu 20 yaşlı Mehrab İsgəndərli müxtəlif yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta-ağırdır. Partlayışın səbəbi araşdırılır.

Vəfa Şairova