Şəmkirdə ev yanıb, Bakıda mebel sexi
2021-04-06 10:07
Şəmkirin Əliyaqublu kəndində yanğın olub. Yanğın zamanı ümumi sahəsi 100 kv.m olan bir mərtəbəli ev içərisindəki əşyalarla birgə yanıb. Hadisə yerinə baxış zamanı ev sahibi 1967-ci il təvəllüdlü Cəmilə İsmayıl qızı Məmmədovanın meyiti aşkarlanıb.
Bakıda mebel sexində yanğın baş verib. Yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 20 teknikası və 90-dan artıq canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi təqribən 3000 kv.m olan sexin 600 kv.m hissəsi yanıb. Yanğın nəticəsində obyektə olanlar arasında xəsarət alan olmayıb.
Vüsalə camal