Şəmkirdə ev yanıb, azyaşlı xəsarət alıb
2021-04-08 18:04
Şəmkirdə Dəllər qəsəbəsi, Səməd Vurğun küçəsində yanğın qeydə alınıb. Alov qəsəbə sakini 1978-ci il təvəllüdlü Anar Əliyevə məxsus, ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı evdə meydana gəlib. Yanğın zamanı evin mətbəxi yanıb, digər otaqlar yanğınsöndürənlər tərəfindən alovdan mühafizə edilib. Ev sahibinin övladı, 2016-ci il təvəllüdlü Rəvan Əliyev alovun içindən xilas olunub. Yanıq xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Nərgiz camal