Şəmkirdə dezinfeksiya işləri davam edir
2020-05-06 18:04
Şəmkirdə sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamaq üçün profilaktik tədbirlər davam edir. Əhalinin sağlamlığını qorunmaq üçün dezinfeksiya işləri aparılır. Küçə və prospketlər, əhalinin sıx toplaşdığı ərazilər xüsusi məhlullarla yuyulur. Rayon daxili sərnişin daşıyan ictimai nəqliyyat vasitələri də vaxtaşırı xüsusi dərmanlarla dezinfeksiya edilir.
Fərid Mehdiyev