Şəmkirdə dülgər sexi yanıb
Şəmkirin Təzəkənd kəndində yanğın hadisəsi qeydə alınıb. Kənd sakini 1960-cı il təvəllüdlü Vaqif Musayeva məxsus ümumi sahəsi 70 kv.metr olan dülgər sexi yanıb. Yanğın söndürülüb, yanğın zamanı dülgər sexinin yanar konstruksiyaları və içərisində olan alətlər yanıb.
Azad Mustafayev