Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb
Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Həbibli-1” MMC-yə məxsus bazarda AQTA tərəfindən yoxlama keçirilib. Yoxlama zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, mənşəyi və müşayiətedici sənədləri məlum olmayan məhsulların satıldığı, soyuducuların və lazımi sanitariya şəraitinin olmadığı müəyyənləşib. Faktla bağlı inzibati protokol tərtib edilib, bazarın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək nəzarətə götürülüb.
8 oktyabr 2026

