Şəmkirdə Bakı-Qazax magistralına alternativ yol qurulur

2019-07-11 12:07

Bakı-Qazax magistralının Şəmkir ərazisindən keçən hissəsində sıxlıq azalacaq. Buna Posanlı yaşayış massivini rayon mərkəzi ilə birləşdirən yolun yenidən qurulması imkan verəcək. Magistrala alternativ olan 3 km uzunluğunda yola 2 qat asfalt döşənir. Fərdi yaşayış evləri yerləşən hissədə sakinlərin rahat hərəkətini təmin etmək məqsədilə səkilər təmir edilir. Eyni zamanda, yolun kənar hissəsində 600 metr uzunluğunda müasir standartlara uyğun beton su arxları quraşdırılır.

Vüsalə Camal