Şəmkirdə baş verən qəzada 1 nəfər ölüb, digəri yaralanıb
Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 avtomobil toqquşub. Nəticədə Goranboy sakini, 1969-cu il təvəllüdlü Şirin İbrahimov ölüb. Hadisə zamanı daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Gəncədə yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev