Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
2021-05-17 10:10
Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Hadisə rayonu mərkəzi küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" və "Chevrolet Cruze" markalı minik maşınları toqquşub. Qəzada Nurlan Rüstəmli, Elməddin Bağırov və Xatirə Qasımova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan Nurlan Rüstəmlinin vəziyyəti ağır olduğundan Gəncədə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Fərid Mehdiyev