Şəmkirdə avtomobil piyadanı vurub
Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Rəhman Məhərrəmovu vurub. Zərbənin təsirindən piyada qarşıdan gələn avtomobilə çırpılıb. 38 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Qazaxda “Mercedes” markalı təcili yardım avtomobili eyni markalı minik maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Bakının Yasamal rayonunda isə 6 avtomobil toqquşub. “VAZ”da olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb.