Şəmkirdə 50 ailə sovqatla sevindirilib
2020-04-30 12:00
Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımları göndərililir. Ümumi həcmi 68 ton olan və respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailə üçün nəzərdə tutulan ərzaq yardımından Şəmkirin imtiyazlı təbəqəsi də yararlanıb. Həmkarlar ittifaqı fəalları tərəfindən gündəlik tələbat məhsullarından ibarət bağlamalar 50 ailəni əhatə edib.
Vəfa Şairova