Şəmkirdə 4 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Qasımalılar kəndində iki minik maşınının toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.