Şəmkirdə 39 yaşlı piyadanı avtomobil vurub
Şəmkirdə 39 yaşlı Ruslan Əsgərovu yolu keçərkən avtomobil onu vurub. Piyada dünyasını dəyişib. Goranboyun Muzdurlar kəndində isə təkəri partlayan yük avtomobili aşıb və daşıdığı tonlarla şəkər çuğunduru yola dağılaraq magistralda avtomobillərin hərəkətini çətinləşdirib. Hadisə yerinə texnikalar cəlb edilib, görülən tədbirlərlə hərəkət bərpa edilib.