Şəmkirdə 36 yaşlı kişi bıçaqlandı
2020-03-02 12:05
Şəmkirin Seyfəli kəndində bıçaqlanma hadisəsi baş verib. 36 yaşlı Ramil Namazov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Vəfa Şairova