Canlı
Şəmkirdə 2 nəfər körpüdən yıxılıb, biri ölüb

2019-01-11 / 08:26

Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Göygölün Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir sakinləri – 38 yaşlı Ramin Mehdixanov və 39 yaşlı Ramin Rəsulov rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar. Hər iki şəxs xəstəxanaya aparılıb. Ramin Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Vəfa Şairova