Şəmkirdə 17 yaşlı gənc həmyaşıdını qətlə yetirib
2020-01-06 12:05
Şəmkirdə qətl törədilib. Şəhər sakini 17 yaşlı Tağıyev Əhliman Kənan oğlu öldürülüb. Araşdırmalarla zərərçəkənin tanışı, 17 yaşlı yeniyetmə ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yarandığı, bu zaman həmin şəxsin istintaqa məlum olmayan alətlə Əhliman Tağıyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə istintaqa cəlb olunub.
Vüsalə Camal