Şəmkirdə 10 uşaq və yeniyetmə dönərdən zəhərlənib
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənənlər 6-16 yaş arası 10 nəfərdir. Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zərərçəkənlər dünən Şəmkirdə yerləşən dönər evlərindən birində aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
Fərid Mehdiyev