Şəmkirdə “Canavar” ləqəbli narkotacir və müştəriləri saxlanılıb
2020-08-12 14:07
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanovu narkotik vasitələrin qanunsuz satışında və saxlamaqda şübhəli bilindikləri üçün saxlayıblar. Üzərlərinə baxış keçirilərkən Ələsovdan 1.296, Aslanovdan 0.253, Vüqar Zamanovdan isə 0.289 qram heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni, “Canavar” ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.
Nərgiz Camal