Şəmkirdə əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib
Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yerləşən “Salahlı” sərhəd zastavasında əsaslı təmir işləri başa çatdırılıb.Bildirilib ki, sərhədçilərin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.Sərhəd zastavasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və mənzillərə baxış keçirilib.
22 sentyabr 2026

