Şəmkirdə əməliyyat keçirilib, külli miqdarda narkotik və silah-sursat gizlədən şəxslər tutulub

2021-05-26 12:05

Baş Narkotiklərlə Mübarizə İdarəsi Şəmkir polisi ilə birgə həyata keçirdikləri əməliyyatla narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Mütəllim Xəlilov saxlanılıb. Ondan qurudulmuş marixuana və yaşadığı kənddən isə satmaq məqsədi ilə əkib-becərdiyi 94 ədəd çətənə kolu aşkar edilib. Davam etdirilən tədbirlərlə Mütəllim Xəlilovun tanışları - Gəncə şəhər sakini Yusif Orucov və həmyerlisi Əbülfəz İsmayılov tutulub. Baxış zamanı Yusif Orucovdan 7 ədəd kibrit qutusunda satmaq məqsədi ilə qablaşdırılan marixuana aşkar edilib. Əbülfəz İsmayılovdan isə Şəmkir ərazisində meşə zolağında torpağa basdırdığı və evində saxladığı 4 ədəd odlu silah, o cümlədən “AKM” və “AKS” markalı avtomatlar, 1 ədəd “TOZ-16” markalı karabin, 1 ədəd “MP-155” markalı ov tüfəngi, həmin silahlara məxsus 2 ədəd sandıqça və 36 ədəd patron aşkar olunaraq götürülüb.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik