Şəmkirdə şagirdlərə məcburi sınaq imtahanı bileti satılması araşdırılıb
Şəmkirdə məktəb müəllimlərinin şagirdlərə məcburi qaydada sınaq imtahanı bileti satılmasını təşviq etməsi ilə bağlı səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, araşdırma aparılıb və səsyazısında adı çəkilən müəllimlər barəsində müvafiq tədbirlər görülüb. Qeyd olunub ki, məktəb direktorunun məsələ barədə məlumat aldıqdan sonra bu fəaliyyətin qarşısını aldığı müəyyən edilib. Sektor müdirinin bilet satışından xəbərdar olması və buna icazə verməsi ilə bağlı iddialar isə təsdiqlənməyib. İdarə şagirdlərin bu cür fəaliyyətlərə məcburi cəlb edilməsinin yolverilməz olduğunu vurğulayıb.
05 noyabr 2026

