Şəmkirdə şadlıq sarayında pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb
2021-10-25 16:06
Şəmkirin Aşağı Seyfəli kəndində Musayev Gündüz Sabir oğluna məxsus “Dostluq” şadlıq sarayında işçilərin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Bakıdakı "Gilavar" şadlıq sarayında da eyni hal yaşanıb. Abşeronun Masazır qəsəbəsindəki çay evində qəlyandan istifadə ilə bağlı obyektin icarədarı Rəvan Əliyev və daha 6 müştəri cərimə edilib.
Nərgiz camal