Şəmkirdə şəhid üçün tikilən evi söküb yerində məscid tikmək istəyən şəxs saxlanılıb
2020-09-16 12:05
Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən Dəllər qəsəbəsində ayrılan torpaq sahəsində şəhid Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil, Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edib, öz hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb. Polis əməkdaşlarının Osmanovla izahedici-profilaktiki söhbət aparılmasına baxmayaraq o, qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini deyib. Buna görə də həmin şəxs saxlanılıb və məhkəminin qərarı ilə Osmanov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Vəfa Şairova