Şəmkirdə üzərində xəsarət əlamətləri olan meyit aşkar edilib
Şəmkirin Zəyəm Cırdaxan kənd sakini, 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın tək yaşadığı evdə üzərində xəsarət əlamətləri olan meyiti aşkarlanıb.
Gəncədə isə şəhər sakini, 1944-cü il təvəllüdlü Vəli Ələkbərov yaşadığı evin hamamında çimən zaman, ehtiyatsızlıqdan yıxılıb. Yaşlı kişi bədənin çoxsaylı sınığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, ölüb.
Faktlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nərgiz Camalzadə