Şəmkirdə özünü məşğul edənlərin sayı artır

2019-08-13 12:12

Bu il Şəmkirdə 63 ailə özünüməşğulluq proqramına müraciət edib. Onlardan 28 nəfəri qiymətləndirmədən keçib və 15 ailə hazırda proqramda iştirak edir. Proqram çərçivəsində 2018-ci ildə rayonda 160 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib. Bu il 2088 nəfər işaxtaran qismində rayon Məşğulluq Mərkəzinə müraciət edib. Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara aid vətəndaşlara üstünlük verilir.

Ruhəngiz Hacızadə